Nizami Rayon İcra Hakimiyyəti və Azərbaycan Nəşriyyatları Assosiasiyasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunun “II Bilik Kitab Sərgisi” keçirilib.
"RM Nəşriyyat" olaraq iştirak etdiyimiz sərgidə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyinin sədri Şəmil Sadiq, rayon ictimaiyyətinin nümayəndələri, rayon təhsil müəssisələrinin kollektivləri və sakinlər iştirak ediblər.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən kitablardan ibarət sərgi nümayiş olunub.
Tədbirin açılış mərasimində "Bilik Günü" ərəfəsində təşkil olunmuş bu sərginin əhəmiyyətindən danışılıb və qeyd olunub ki, bu cür sərgilər yeni çap olunmuş kitabların təbliği və oxucuların seçim imkanlarının artırılması, eləcə də mütaliəyə və kitaba olan marağın daha da gücləndirməsi, eyni zamanda, yeni oxucu nəslinin yetişməsi baxımından böyük rol oynayır.
RM Nəşriyyatla yanaşı, bir çox nəşriyyat və mağazanın iştirak etdiyi sərgidə məktəbli ləvazimatlarının, kitabların, dəftərlərin, qeyd dəftərçələrinin, test toplularının, çantaların, həmçinin bədii əsərlərin endirimli satışı olub.
Bununla yanaşı sərgi çərçivəsində tanınmış yazıçıların imza mərasimləri, şou-proqramlar, şeir və canlı musiqi saatları, “face-art” və master-klasslar təşkil olunub.
Sərginin açılış mərasimindən sonra iştirakçılara konsert proqramı təqdim olunub.
Comments