10.02.2024 tarixində "RM Nəşriyyatı" və "Bələdçi Tədris Mərkəzi"-nin birgə layihəsi olan İnformatika Müəllimlərinin 2-ci Respublika Forumu" həyata keçirildi. Forum "Mil-Muğan Regional Təhsil İdarəsi"nin təşkilati dəstəyi ilə Sabirabad rayon Mədəniyyət Mərkəzində gerçəkləşdi.
Dövrümüzün təlabatlı sahəsi olan İT üzrə mütəxəssislər yetişdirmək üçün olduqca keyfiyyətli olan informatika vəsaitlərinin faydalılığı haqqında geniş müzakirələr aparıldı. İştirakçı qonaqların da biri-birindən dəyərli fikirləri sayəsində yüksək səviyyədə həyata keçirilən tədbir hər kəs tərəfindən maraqla qarşılandı.
Tədbir ilk olaraq Vətən uğrunda sağlamlıqlarını itirən qazilərimiz və canından keçən şəhidlərimizi bir dəqiqəlik sükutla anaraq başlayıb, Azərbaycan Respublikasının Dövlət Himni ilə davam edən tədbirdə açılış üçün söz Mil-Muğan Regional Mədəniyyət Mərkəzinin rəis müavini Telman Əzimova verildi.
"RM nəşriyyatın" icraçı direktoru Muxtar Abbasov tədbirdə iştirak edən bütün qonaqlara təşəkkürünü bildirdikdən sonra "RM nəşriyyatı" və nəşrləri, həmçinin informatika vəsaitlərinin hal-hazırda təhsil sahəsində mövcud olan vacibliyindən və sözügedən informatika vəsaitlərinin bu sahədə çox faydalı olacağından danışdı.
Mil-Muğan Regional Təhsil İdarəsinin tədrisin keyfiyyəti sektorunun müdiri Mahir Zahidov da tədbirə qatılıb, dəyərli fikirlərini qeyd etməsi də forum üçün dəyərli addımlardan oldu.
Bir çox rayonlardan da olmaqla tədbirdə dəstək üçün dəyərli qonaqlarımız iştirak edirdi. Belə ki, Sabirabad rayon təhsil şöbəsinin aparıcı məsləhətçisi Babaş Babaşov, Cəlilabad rayon, Maşlıq kənd, Nizami Alışanov adına tam orta məktəbin informatika müəllimi Fərid Fərəcli, Sabirabad rayon 1 saylı tam orta məktəbin müəllimi və Sabirabad rayon Mədəniyyət Mərkəzinin komputer kurslarının rəhbəri İnci Abbasova da iştirakları və çıxışları ilə dəstəklərini bildirdilər.
Sözügedən informatika vəsaitlərinin müəllifi olaraq çıxış edən və ətraflı məlumat verən Tural Sofuyev "Bələdçi yayınları" olan informatika vəsaitlərini istifadə edənlərin öz sahəsi üzrə savadlı kadr olacaq yetişəcəyini əminliklə vurğuladı.
Yekunda İnci Abbasovanın informatika bələdçisi vəsaitlərindən istifadə edərək komputer təlimlərində yüksək nəticə əldə edən şagirdlərinə sertifikatlar təqdim edildi. "RM nəşriyyatı"n icraçı direktoru Muxtar Abbasov həmin şagirdlərə uğurlar arzu edərək, "RM" nəşrlərindən olan Klinik Psixoloq Nigar Əlibəylinin tərtib etdiyi "Abituriyent psixologiyası" vəsaitlərindən hədiyyə etdi. Zalda əyləşən 300-ə yaxın qonaqlara isə təqdimatı keçirilən informatika vəsaitlərindən hədiyyə edildi.
Biz də öz növbəmizdə tədbirin həyata keçirilməsində böyük dəstəyi olan Mil-Muğan Regional Təhsil idarəsinin rəhbərliyinə, Mil-Muğan Regional Mədəniyyət Mərkəzinin rəisi Faiq Xudanlıya və digər əməyi keçən bütün dəstəkçilərə təşəkkürümüzü bildiririk!
Comments